Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan enerji sahəsindəki irimiqyaslı layihələrin reallaşdırılmasında əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını bildiriblər. APA-nın xəbərinə görə, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında bildirilir.
Prezidentlər telefon danışığı zamanı iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafından məmnun olduqlarını bildiriblər.