Misirin mübahisəli Konstitusiyası qəbul edildi
26 dekabr 2012 11:12 (UTC +04:00)

Misirin mübahisəli Konstitusiyası qəbul edildi

Misirdə etiraz aksiyaları və kütləvi iğtişaşlara yol açan yeni Konstitusiya qəbul edilib.

 

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Mərkəzi Seçki Komissiyası referendumda seçicilərin 63 faizinin Konstitusiya layihəsinə “bəli”, 36 faiz seçicinin isə “yox” dediyini açıqlayıb.

 

İki turdan ibarət referendumda seçicilərin 32 faizi iştirak edib. Konstitusiyanın qəbul edilməsindən sonra 3 ay ərzində Misirdə parlament seçkiləri keçirilməlidir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 633

Oxşar yazılar