Misirdə hökumət yenilənir
06 yanvar 2013 01:56 (UTC +04:00)

Misirdə hökumət yenilənir

Misir hökumətində dəyişikliklərin ediləcəyi planlaşdırılır.

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, ötən ilin sonunda prezident Məhəmməd Mursi maliyyə və daxili işlər nazirlikləri daxil olmaqla 10 qurumun məsələsinə toxunub.

 

Baş nazir Hişam Qəndil yaxın günlərdə  DİN və Maliyyə Nazirliyi də daxil olmaqla, mülki aviasiya, elektroenergetika, rabitə, bölgələrin inkişafı və başqa qurumlarda dəyişiklik edəcək.

Misirin yenilənmiş hökumətinin başçısı bazar günü and içəcək.

 

Mənbənin məlumatına əsasən, 2012-ci ilin dekabrında Mursi hökumət başçısına «nazirlər kabinetində gərəkən dəyişiklikləri etməyi» tapşırmışdı. Prezident bildirib ki, yenilənmiş hökumət Aşağı Palata - Nümayəndələr Palatası formalaşanadək fəaliyyət göstərəcək. Bu quruma isə seçkilərin 2013-cü ilin fevralında keçiriləcəyi gözlənilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 572
avatar

Oxşar yazılar