Misirdə böyük uran ehtiyatları tapıldı
21 yanvar 2013 15:33 (UTC +04:00)

Misirdə böyük uran ehtiyatları tapıldı

Misirdə 5 böyük uran yatağı aşkarlanıb. Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Misir Nüvə Materialları İdarəsinin rəhbəri Möhsün Əli Məhəmməd uran yataqlarının Sinay yarımadasındakı Əbu Zenima, Qırmızı dənizdəki Əbu Rəşid, Yuxarı Misirdəki Sila, Xurqada şəhərindən 70 km uzaqlıqdakı Qtar rayonlarında tapıldığını söyləyib.

 

Misirin uran yataqlarının hasilatı və işlənməsi sahəsində texnologiyaya malik olmadığını nəzərə çatdıran Möhsün Əli Məhəmməd yataqların işlənməsi üçün beynəlxalq tender elan ediləcəyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 657
avatar

Oxşar yazılar