Misirdə “quş qripi”ndən ölənlərin sayı 7 nəfərə çatdı
04 dekabr 2014 03:36 (UTC +04:00)

Misirdə “quş qripi”ndən ölənlərin sayı 7 nəfərə çatdı

0

Misirdə “quş qripi”ndən daha bir nəfər ölüb.

 

APA-nın məlumatına görə, bu barədə Misirin səhiyyə nazirliyindən bildirilib.

 

26 yaşlı kişi Minya əyalətində virusa yoluxaraq vəfat edib. Beləliklə, ölkədə “quş qripi”ndən ölənlərin sayı 7 nəfərə çatıb.  Ötən həftə ölkədə  3 nəfər H5N1 virusunun qurbanı olub. Belə ki, Minya əyalətində 40 yaşlı kişi və 29 yaşlı qadın, Beni-Suef şəhərində isə 25 yaşlı qadın “quş qripi”ndən ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 359

Oxşar yazılar