Məşhur «AKM»-in 93 yaşlı qurucusu xəstəxanaya düşüb
25 dekabr 2012 20:40 (UTC +04:00)

Məşhur «AKM»-in 93 yaşlı qurucusu xəstəxanaya düşüb

0

Məşhur “Kalaşnikov” avtomat yaradıcısı, konstruktor Mixail Kalaşnikov xəstəxanaya yerləşdirilib.

 

Lent.az-ın «RİA Novosti»-yə  istinadən məlumatına görə, bu barədə M. Kalaşnikovun köməkçisi  Nikolay Şklyayev agentliyə açıqlama verib: «Onun yerləşdiyi xəstəxananın bilmirəm, ancaq o, ötən cümə axşamı reanimasiyada şöbəsində idi».

məlumat verib.

 

N. Şklyayevin sözlərinə görə, N. Kalaşnikov 2012-ci ilin martından özünü pis hiss edir və həmin vaxtdan işlərini dayandırıb.

 

Mənbənin bildirdiyinə əsasən, M. Kalaşnikov Udmurt Respublikasının  Kardiologiya Klinikasına yerləşdirilib.

 

Klinikanın əməkdaşının dediyinə görə, konstruktor klinikaya müalicə üçün gətirilib: “Ancaq müalicə zamanı onun halı daha da pisləşib. Kalaşnikov cavan olmadığından belə hallarda risk etmək çox təhlükəlidir. Buna görə də o, təcili reanimasiya yerləşdirilib. Hazırda onun həyatı üçün təhlükə yoxdur”.

 

Xatırladaq ki, dünyada ən məşhur avtomatın konsturktoru Mixail Kalaşnikov noyabrın 10-da 93 yaşını qeyd edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1022

Oxşar yazılar