Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru dindirildi
25 yanvar 2018 01:46 (UTC +04:00)

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru dindirildi

0

Mayk Pompeo və ABŞ kəşfiyyatının yüksək rütbəli zabitləri xüsusi prokuror Robert Müllerin komandası tərəfindən dindiriliblər.

 

 APA-nın xəbərinə görə, bu barədə Reuters məlumat verib.

 

Ötən il araşdırma çərçivəsində M.Pompeo, həmçinin ABŞ Milli Kəşfiyyat Agentliyinin direktoru Den Kouts və  Milli Təhlükəsizlik Agentliyinin rəhbəri Maykl Rocers Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi ilə bağlı ifadə veriblər.

 

Xatırladaq ki, ABŞ Konqresinin hər iki palatasının müvafiq komitələri Rusiyanın ABŞ-dakı son prezident seçkilərinə müdaxiləsi və Trampın komandasının Rusiya ilə əlaqələrinə dair təhqiqat aparır. Ədliyyə Nazirliyi tərəfindən təyin olunan xüsusi prokuror Robert Müller də analoji təhqiqatı davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 301

Oxşar yazılar