Merkeldən Ruhaniyə çağırış
11 may 2018 01:56 (UTC +04:00)

Merkeldən Ruhaniyə çağırış

 

 

Almaniya kansleri Angela Merkel və İran prezidenti Həsən Ruhani arasında telefon danışığı olub. APA-nın xəbərinə görə, bu barədə Almaniya Nazirlər Kabinetinin saytında dərc edilmiş məlumatda bildirilir.

 

“Kansler Angela Merkel İran prezidenti Həsən Ruhani ilə söhbət zamanı qeyd edib ki, İran nüvə sazişi üzrə üzərinə götürdüyü öhdəliklərə sadiq qalanadək Almaniya, Fransa və Böyük Britaniya da sazişi dəstəkləməkdə davam edəcəklər”, - deyə məlumatda bildirilir.

 

Məlumatda həmçinin bildirilir ki, A.Merkel İranın İsrailə məxsus hərbi obyektlərə hücumunu pisləyib və Tehranı bölgədə gərginliyin aradan qaldırılmasına öz töhfəsini verməyə çağırıb.    

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 297
avatar

Oxşar yazılar