Almaniya kansleri Angela Merkel Britaniyanın Avropa Birliyində (AB)qalmasını arzu etdiyini bildirib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, deyib: «Britaniya birliyin vacib və fəal üzvüdür.Biz britaniyalılarla onları rahatsız edən məsələləri müzakirə etməyə hazırıq. Ancaq xatırlamaq lazımdır ki, belə problemlər başqa dövlətlərdə də var. Ona görə güzəştlər axtarmaq lazımdır».
Qeyd edək ki, bir müddət öncə Britaniyanın baş naziri Devid Kemeron Avropa Birliyinə üzvlükdə qalmaları ilə bağlı məsələni referenduma çıxarmağa təklif etmişdi. O, bu təklifi avrozonda islahatın aparılmaması ilə əlaqələndirib.