Meksika polisi quyudan 8 meyit aşkarlayaraq, çıxarıb.
Lent.az-ın «
Qeyd edək ki, ötən həftənin sonunda Meksikanın şimalındakı Nuevo-Leon ştatında konsert verdikdən sonra «Kombo Kolombia» adlı ansambl «yoxa çıxıb».
Polisin dediyinə əsasən, onları həmin quyunun yanına cinayətkarların əlindən qaçıb qurtulmuş bir musiqiçi gətirib. Meyitləri quyudan çıxarılan zaman onların geyindikləri köynəklərin üzərində «Kombo Kolombia» simvolu olub.
Əvvəllər 20 nəfərin itkin düşdüyü bildirilirdi. Onların 16 –sının musiqiçi, 4-ün isə texniki işçi olduğu haqda məlumat yayılmışdı. Ancaq sonradan onların sayının 18 nəfər olduğu deyilib.
Mənbənin məlumatında bildirilib ki, son illər narkotacirlər bir neçə musiqiçini qətlə yetirib.