Meksikanın cənub sahillərində 5,4 bal gücündə zəlzələ baş verib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri San-Dionisio-del-Mar şəhəri yaxınlığında, ocağı isə 59,5 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.
Ötən ay Meksikada iki güclü zəlzələ qeydə alınıb. Təbii fəlakət sentyabrın 7-də 70, 19-da isə 369 nəfərin həyatına son qoyub.