Məhkəmə zalında şok olay
22 yanvar 2013 19:23 (UTC +04:00)

Məhkəmə zalında şok olay

0

Filippində məhkəmə zalında şok olay yaşanıb. Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, qanunsuz silah saxlamaqda ittiham edilən 65 yaşlı Kanada vətəndaşı Con Poup Filippinin Seba şəhərində elə məhkəmə zalındaca iddiaçı və iddiaçının vəkilini, o cümlədən dövlət ittihamçısını güllələyib.

 

Nəticədə iddiaçı və iddiaçının vəkili ölüb, dövlət ittihamçısı yaralanıb. Hazırda polis Con Poupun tapançanı məhkəmə zalına necə keçirdiyini araşdırır. Ehtimal edilir ki, o, məhkəmə binasına daxil olarkən tapançanı qəzetə bükərək polislərdən yayına bilib.

 

Qeyd edək ki, keçmiş jurnalist olan Con Poup 10 ilə yaxındır ki, Filippində yaşayırmış. O, əvvəllər qanunsuz odlu silah saxladığına görə həbs edilib, girov müqabilində azadlığa buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1797

Oxşar yazılar