Məhkəmə Saakaşvili barəsində qərar çıxaracaq
09 dekabr 2017 02:44 (UTC +04:00)

Məhkəmə Saakaşvili barəsində qərar çıxaracaq

“Yeni Qüvvələr Hərəkatı”nın lideri Mixeil Saakaşvili qanunvericiliyə uyğun olaraq hüquq- mühafizə orqanları tərəfindən saxlanılıb, məhkəmə 72 saat ərzində onun barəsində qərar çıxaracaq.

 

APA-nın məlumatına görə, bu barədə Ali Radanın deputatı, daxili işlər nazirinin müşaviri Anton Qeraşşenko özünün “Tvitter” mikrobloqunda yazıb.

 

O həmçinin qeyd edib ki, M.Saakaşvili Kiyevdə, gizləndiyi mənzildə saxlanılıb. Hadisə zamanı zərərçəkən olmayıb.

 

Xatırladaq ki, dekabrın 5-də M. Saakaşvili Kiyevdə saxlanılıb. Daha sonra o, tərəfdarlarının köməyi ilə azad edilib. M.Saakaşvili Cinayət Məcəlləsinin 256-cı maddəsi ilə - cinayətkar təşkilatlarla əməkdaşlıqda və cinayət tərkibli əməllərdə ittiham olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 208
avatar

Oxşar yazılar