MDB-yə sədrlik bu gündən Tacikistana keçdi
01 yanvar 2018 04:57 (UTC +04:00)

MDB-yə sədrlik bu gündən Tacikistana keçdi

 

MDB-yə sədrlik 2018-ci ilin yanvarın 1-dən Rusiyadan Tacikistana keçir 

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, müvafiq qərar bir neçə gün əvvəl Moskvada MDB ölkələri dövlət başçılarının sammitində qərar qəbul olunub.

Tacikistan prezidenti Emomali Rahmon mıxışı zamanı bildirmişdi ki, ölkəsinin MDB-yə sədrliyi dövründə səylər əsasən hərbi-texniki əməkdaşlığın və sərhəd thlükəsizliyinin möhkəmləndirilməsinə, habelə terrorçuluq, ekstremizm və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizəyə  yönəldiləcək. 

O həmçinin Tacikistanın sədrliyi dövrdə əsas  diqqətin həmçinin iqtisadi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinə yönəldəcəyini vəd edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 290
avatar

Oxşar yazılar