NASA Marsda bu günə qədər görülməmiş meteorit təsbit edib. Lent.az-ın xarici KİV-ə istinadən məlumatına yumurta böyüklüyündə olan daş NASA-nın Marsdakı Curisoity xidməti vasitəsilə 27 oktyabrda təsbit edilib.
Daş tünd, qüsursuz və parlaq bir görünüşə sahibdir. NASA tərəfindən incələnən daşın dəmir-nikel kimyəvi birləşməli meteorit olduğu qeyd edilir.
Onu da qeyd edək ki, Marsda əvvəl də buna bənzər hallar yaşansa da, ilk dəfədir ki, yumurta böyüklüyündə belə bir şey aşkarlanır.