ABŞ prokurorluğu və federal qurumların təmsilçiləri Manhetten məhkəməsinə şikayət edib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, onlar rusiyalı hüquqşünas Sergey Maqnitskin bəyan etdiyi çirkli pulları yuyan 11 şirkətin aktivlərinin müsadirə edilməsini istəyiblər.
İddia qaldırılan şirkətlərin 9-u və onlara bağlı daha iki müəssisə Manhettendədir.
ABŞ hakimiyyəti bildirib ki, bu şirkətlərin yardımı ilə onlar Rusiya dövlət büdcəsindən pulları oğurlayıblar.
İlkin məlumata əsasən, 230 milyon dollar büdcədən oğurlanıb.
«Hermitage Capital» fondunun hüquqçusu Sergey Maqnitskiy 2009-cu ildə Moskvada istintaq təcridxanasında müəmmalı şəkildə ölüb. Bu il hüquqçuya qarşı saxta cinayət işində əli olanlara qarşı sanksiya tətbiq etdi.