Fransanın Malidə başlatdığı hərbi əməliyyatdan sonra minlərlə insan ölkəni tərk etmək məcburiyyətində qalıb. Lent.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, hərbi əməliyyatların başlandığı gündən Mavritaniya, Nigeriya və Burkina Fasoya sığınan malililərin sayı 1500 nəfəri keçib.
BMT-in Qaçqınlar üzrə Ali Komissarlığı döyüşlərin davam etdiyi şəraitində 400 min sakinin də ölkəni tərk edəcəyi barədə xəbərdarlıq edib.
Dünya Müsəlman Alimlər Birliyi İslam Əməkdaşlıq Təşkilatı və Afrika ölkələrinin Malidəki döyüşün dayandırılması üçün məsələyə müdaxilə etmədi ilə bağlı çağırış edib.