Malidə danışıqlar tərəfdarı olan müxalifət
24 yanvar 2013 21:52 (UTC +04:00)

Malidə danışıqlar tərəfdarı olan müxalifət

Malidə silahlı qarşıdurma davam edir.Ölkədəki aparıcı «Ənzar dine» islamçı qrupunun iki fraksiyaya parçalandığı bildirilir.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu təşkilat Malinin böyük bir hissəsinə nəzarət edir.

 

«Azavad islamçı hərəkatı» adlanan yeni qruplaşma bildirib ki, «ekstremizmi rədd edir» və mərkəzi hakimiyyətlə danışıqların tərəfdarıdırlar.

 

Bu quruma əvvəllər «Anzar dine»yə rəhbərlik etmiş Əlqabbas Aq İntalla  başçılıq edir. O, ötən il Mali hakimiyyəti ilə Burkina-Fasoda keçirilən danışıqlarda vasitəçi kimi çıxış etmişdi.

 

Əlqabbas Aq İntalla bildirib ki, başçılıq etdiyi qurum istisnasız olaraq, Mali vətəndaşlarından ibarətdir və onlar mövcud böhrandan danışıqlar yolu ilə çıxmaq tərəfdarıdırlar.

 

Mənbənin məlumatına əsasən, «Anzar dine» «əl-Qaidə» ilə əlaqədardır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 445
avatar

Oxşar yazılar