Malaziya Hava Yolları iflasa uğrayıb. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, hava yolları şirkətinin yeni idarə heyətinin sədri Kristoph Mueller keçirdiyi mətbuat konfransında batdıqlarını rəsmən elan edib.
Qeyd edək ki, keçən il Malaziya Hava Yollarına aid "Boening777" tipli təyyarə 239 sərnişinlə birlikdə okeana düşmüşdü. Hadisədən sonra şirkətin səhmlərinin qiyməti kəskin şəkildə düşmüşdü.