M.Abbas İsrail siyasiləri ilə görüşmək istəyir
25 yanvar 2013 03:18 (UTC +04:00)

M.Abbas İsrail siyasiləri ilə görüşmək istəyir

Fələstin Muxtariyyətinin başçısı Mahmud Abbas İsrail parlamentində təmsil olunacaq partiya liderləri ilə görüşə hazır olduğunu bildirib.

 

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, bu haqda muxtariyyət icraiyyə komitəsinin katibi Yasir Abd Rabo açıqlama verib. O, deyib ki, M.Abbas İsrail siyasətçilərlə sülh prosesi ilə bağlı müzakirələri bərpa etmək istəyir.

 

Fələstin lideri ilk növbədə İsrail parlamentində üstünlük təşkil edən mərkəzçi qüvvələrə müraciət etmək niyyətindədir.

 

Xatırladaq ki, Fələstin Muxtariyyətinin xarici işlər naziri Riyad əl-Malki knessetə 19-cu çağırış sülh danışıqlarının bərpasına yeni  imkanlar verir. O, İsrail liderlərini «Fələstin dövlətinin tanımağa» da çağırıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 463
avatar

Oxşar yazılar