Böyük Britaniyanın xüsusi xidmət orqanlarının əməkdaşları Londonun “Xitrou” hava limanında terror aktı hazırlamaqda şübhəli bilinən iki şəxs saxlanılıb.
APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, Türkiyədən Londona gəlmiş 21 yaşlı iki britaniyalı bu gün səhər saatlarında aeroportda saxlanılıb. Onlardan birinin Lester, digərinin isə Birminqem şəhər sakini olduğu bildirilir.
Hər iki şəxs polis şöbəsinə aparılıb.