Böyük Britaniyanın paytaxtı Londonda Temza çayı sahilində yerləşən parlament binası yaxınlığına vertolyot düşüb.
Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, vertolyot yüksək bir binanın damına çırpılaraq qəzaya uğrayıb.
Qəza nəticəsində 2 nəfər həyatını itirib. Bölgəyə çoxlu sayda polis, təcili yardım maşınları və yanğınsöndürənlər göndərilib. Şahidlər bunun Londonda 2007-ci ilin iyun ayında baş verən terror aktından sonra ən dramatik mənzərə olduğunu ifadə ediblər.