Lavrov: «Suriyada sülhə alternativ – qanlı xaosdur»
28 dekabr 2012 01:18 (UTC +04:00)

Lavrov: «Suriyada sülhə alternativ – qanlı xaosdur»

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, əgər hakimiyyətlə müxalifət barışa dair danışıqlara başlamazsa, o zaman Suriyada «qanlı xaos» hökm edəcək.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, rusiyalı diplomat ABŞ və başqa dövlətləri Suriyada sülhə nail olmaq üçün səyləri artırmağa çağırıb. Onun qənaətincə, mövcud siyasi vəziyyətdən çıxmaq üçün «şans azalır».

 

«Məsələnin sülh yolu ilə həllinin alternativi –qanlı xaosdur. O, davam etdikcə, miqyası genişləndikcə hamı üçün pis olacaq»-deyə, Lavrov suriyalı diplomatlara görüşdən sonra verdiyi müsahibədə söyləyib.

Bir müddət öncə BMT və Ərəb Ərəb Dövlətləri Liqası və BMT-nin Suriya üzrə özəl təmsilçisi Lahdar Brahimi Əsədlə müxalifətin birgə keçid hökuməti yaratmasını təklif edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 751

Oxşar yazılar