Türkiyə və İran Suriyadakı vəziyyətin stabilləşdirilməsində əsas rol oynayır, Moskva, Ankara və Tehran xarici siyasət sahəsində qarşılıqlı fəaliyyətin genişlənməsi Yaxın Şırq ölkələrinin maraqlarına cavab verir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib.
“Suriya və İraqdakı terrorçu qurumlarla mübarizə aparmaq, ümumilikdə, Yaxın Şərqdə vəziyyətin tədricən sağlamlaşdırmaq məqsədi ilə türkiyəli və iranlı tərəfdaşlarımızla geniş fikir mübadilələrini, sıx əməkdaşlığı davam etdirmək niyyətindəyik”, - deyə Lavrov bildirib.