Ukraynanın Donetsk şəhərinin 60 kilometrliyində kütləvi məzarlıq tapılıb. Lent.az-ın Ukrayna KIV-nə istinadən məlumatına görə, separatçıların 22 saylı şaxtanın ərazisində tapdıqları məzarlıqda biri qadın olmaqla dörd nəfərin cəsədinin qalıqları aşkarlanıb.
Qondarma "Donetsk Xalq Respublikası"nın hüquq mühafizə orqanlarının fikrincə, dəfn olunanlar mülki şəxslərdir. İlkin ehtimala görə, belə məzarlıqların sayı çoxdur. Dəfn olunanların hər hansı kriminal qruplaşma tərəfindən cəzalandırıldığı güman edilir.