İraqda mərkəzi hakimiyyəti ölkənin şimalını idarə edənlərin nəzarəti altındakı şirkətlərə olan borcunu ödəmədiyi üçün onlar mərkəzi neft boru xəttini bağlayıb.
Lent.az-ın Türkiyə NTV-sinə istinadən məlumatına görə, şimaldakı təbii sərvətlər üzrə məsul Əli Hüseyn Balo Ərbildə verdiyi açıqlamada bildirib ki, mərkəzi hökumət şirkətlərə 848 milyon dollarlıq borcunu ödəməyib.
Onun sözlərinə görə, Bağdad sadəcə olaraq, 550 milyon dollar ödəmə edib.
Rəsmi Bağdad isə kürdlərin boyun olduqlarından da az neft göndərdiklərini bu üzdən də ödəmə etmədiklərini bildirib.
Onu da qeyd edək, İraq hakimiyyəti ilə şimalı idarə edən kürdlər məskunlaşdıqları ərazidən hasil olunan nefti xarici şirkətlərə müqavilə əsasında satırlar. Buna isə rəsmi Bağdad etiraz edir. Mərkəzi hökumətin iştirakı olmadan kürdlər əcnəbi şirkətlərlə 50-dən artıq anlaşma imzalayıb.