Tailandda çıxan «Əzilənlərin səsi» jurnalının keçmiş baş redaktoru Somiot Prueksakasemsuk monarxı tənqid etdiyi üçün 10 il müddətinə azadlıqdan məhrum edilib.
Lent.az-ın «Röyter»-ə istinadən məlumatına görə, bu yaxınlarda Tailandda qəbul edilmiş «əjdahanın qanunu» Avropa Birliyi və beynəlxalq hüquq müdafiəçiləri tərəfindən kəskin tənqid olunub.
Prueksakasemsuk kral Pumipon Adulyadetin nüfuzunu aşağı salan bir məqaləni çap etməkdə suçlu bilinib.
Onu sürgündə olan keçmiş baş nazir Taksin Çinavatla əlaqədə də günahlandırıblar.
Tailandda olan Avropa Birliyi nümayəndə heyəti bu hökmü söz azadlığının pozulması, eləcə də ölkənin beynəlxalq aləmdə nüfuzuna zərbə kimi dəyərləndiriblər.