Koreyada yarım milyon insan mitinq keçirdi
20 noyabr 2016 12:14 (UTC +04:00)

Koreyada yarım milyon insan mitinq keçirdi

Cənubi Koreyada yüz minlərlə insan etiraz aksiyası keçirir. Lent.az “Reuters”ə istinadən xəbər verir ki, ölkənin baş prokurorunun dövlət başçısı barədə etdiyi çıxışdan sonra təxminən yarım milyon insan küçələrə çıxıb. Onlar prezident Park Quenin istefa verməsini tələb edirlər.

 

Bildirilir ki, baş prokuror prezidentin yaxın dostunu dövlət işlərinə qarışmağa imkan verməkdə ittiham edib. O, bəyan edib ki, ölkə rəhbərliyində qanunsuz işlərlə məşğul ola qruplaşma var.

 

Ölkə başçısı məlum qalmaqaldan sonra iki dəfə dövlət televiziyası vasitəsi ilə xalqdan üzr istəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 286
avatar

Oxşar yazılar