Konqres orta mənzilli raketin hazırlanmasına 58 milyon ayırdı
09 noyabr 2017 03:20 (UTC +04:00)

Konqres orta mənzilli raketin hazırlanmasına 58 milyon ayırdı

0

ABŞ Konqresi orta mənzilli raketin işlənib hazırlanması üçün vəsaitin ayrılmasını dəstəkləyib.

 

APA-nın “RT”yə istinadən xəbərinə görə, müvafiq qərar 2018-ci ilin müdafiə büdcəsi layihəsində yer alıb.

 

Konqres təşəbbüsün irəli sürülməsində Rusiyanın “Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında" müqavilənin maddələrini pozmasını səbəb kimi göstərib.

 

Raketin işlənib hazırlanmasına hərbi büdcədən 58 milyon dollar ayrılacaq.

 

Qeyd edək ki, “Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında” müqavilə 1987-ci ildə ABŞ və SSRİ arasında imzalanıb. Rusiya və ABŞ dəfələrlə bir-birini sazişin pozulmasında günahlandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 470

Oxşar yazılar