ABŞ senatının beynəlxalq işlər üzrə komitəsi dövlət katibi vəzifəsinə Con Kerrinin namizədliyini birsəslə dəstəkləyib.
Lent.az-ın «
69 yaşlı senator-demokratın dövlət katibliyi vəzifəsinə namizədliyi prezident Barak Obama tərəfindən irəli sürülüb. O, bu postda Hillari Klintonu əvəzləyəcək.
C.Kerri Vyetnam müharibəsinin veteranıdır. O, 1985-ci ildən Massaçustes ştatının əvəzedilməz senatoru olub. 2004-cü ildə Kerri Demokratlar Partiyasından prezidentliyə namizəd irəli sürülüb. Ancaq həmin il o, respublikaçı kiçik Corc Buşa məğlub olmuşdu.
1984-cü ildə senator seçilib və 2009-cu ildən bu qurumun xarici əlaqələr üzrə komitəsinə başçılıq edib.