Kobzon Nazarbayevin sözlərinə mahnı oxuyacaq
24 dekabr 2012 17:30 (UTC +04:00)

Kobzon Nazarbayevin sözlərinə mahnı oxuyacaq

0

SSRİ xalq artisti İosif Kobzonun Astananın Mərkəzi Konsert zalında “Həyat, mən səni sevirəm” adlı yubiley konserti keçiriləcək.

 

Lent.az-ın “newskaz.ru” saytına istinadən verdiyi məlumata görə, İosif Kobzon konsertdə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin sözlərinə bəstələnmiş “Qazaxıstan” mahnısını da oxuyacaq. 

 

Hazırda 75 yaşı olan müğənni deyib ki, Qazaxıstana sevgisini heç vaxt gizlətməyib: “Mən Qazaxıstana hələ 1956-cı ildə, SSRİ ordusu sıralarında Kustanay vilayətində qulluq edərkən, xam torpaqlarda məhsul toplanarkən vurulmuşam”- deyə, Kobzon bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 706

Oxşar yazılar