Prezidentlə müxalifətin 4 saatlıq görüşü başa çatıb - YENİLƏNİB
24 yanvar 2014 01:10 (UTC +04:00)

Prezidentlə müxalifətin 4 saatlıq görüşü başa çatıb - YENİLƏNİB

Ukrayna prezidenti Viktor Yanukoviçlə müxalifət liderləri arasında 4 saatdan artıq davam edən görüşü başa çatıb.

 

Lent.az-ın «unian.net»-ə istinadən məlumatına görə, «Batkvişina» fraksiyasının lideri Arsen Yatsenyuk görüşdən sonra deyib: «Qan axıdılmasının qarşısının alınması imkanı böyükdür».

 

Müxalifət lideri onu da bildirib ki, danışıqların nəticəsini ictimaiyyətlə müzakirədən sonra şərh edəcəklər.

 

Hakim Regionlar Partiyasının «112 Ukrayna» fraksiyasının deputat Anna German isə danışıqların nəticəsi barə məlumatın yayılmadığını söyləyib. 

***

22.20

Ukrayna prezidenti Viktor Yanukoviç ölkədəki siyasi böhranın tənzimlənməsi ilə bağlı parlamentin müxalifət fraksiyasının təmsilçiləri görüş keçirir.

 

Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, prezidentin rəsmi saytı bu haqda xəbər yayıb. Görüşdə tənzimlənmə ilə bağlı işçi qrupun başçısı, Ukrayna milli təhlükəsizlik və müdafiə şurasının katibi Andrey Klyuev, ədliyyə naziri Yelean Lukaş, «UDRA» Partiyasının lideri Vitali Kliçko, «Batkişvşina» fraksiyasının sədri Arsen Yatsenyuk və «Svaboda» fraksiyasının rəhbəri Oleq Tyaqnibok iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1418
avatar

Oxşar yazılar