Ukraynanın “Naftoqaz” şirkəti Rusiyanın “Qazprom”una qaza görə borcundan 1,65 mlrd dollar qaytarıb. APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, bu barədə “Naftoqaz” –dan bildirilib.
Qeyd edək ki, Rusiyadan Ukraynaya qaz tədarükü Kiyevin borcuna görə iyunun ortasında dayandırılaraq dekabrda bərpa olunub.
Noyabrda Moskva, Kiyev və Aİ arasında əldə olunan razılaşmaya əsasən, Ukrayna ilin sonunadək borcundan 3,1 mlrd dolları Rusiyaya qaytaracaq.
Qeyd edək ki, “Naftoqaz” bundan əvvəl “Qazprom”a 1,45 mlrd dollar və dekabra tədarük olunacaq 1 mlrd kubmetr qaza 378 mln dollar məbləğində ilkin ödəniş edib.