Senatorların çoxu qurumun beynəlxalq komitəsinin başçısı Con Kerrinin ABŞ dövlət katibi vəzifəsinə namizədliyini dəstəkləyib. Dinləmələr senatın komitəsində keçirilib.
Lent.az-ın «RİA-Novosti» -yə istinadən məlumatına görə, senatorlar onu 4 saat sorğu-sual edib. Senator sualları cavablandırıb, görəcəyi işlərdən danışıb.
C.Kerri həmkarlarını əmin edib ki, fəaliyyəti prezident Barak Obama administrasiyasının siyasətinə zidd olmayacaq və sələfi Hillari Klintonun seçdiyi taktikanı davam etdirəcək.
Dinləmələrə həmsədrlik edən Robert Korker bildirib ki, senat Kerrini yeni vəzifəyə təyinatını yaxın günlərdə təsdiq edəcək.
Xatırladaq ki, ABŞ prezidenti Barak Obama C.Kerrinin Dövlət Departamentinin rəhbəri vəzifəsinə namizədliyini 2012-ci ilin dekabrın 21-də irəli sürüb.O, xarici siyasət sahəsində böyük nüfuza malik mütəxəssis hesab olunur.
Kerrinin İran, Suriya və Əfqanıstanla bağlı mövqeyi Ağ evin mövqeyinə yaxındır.
“ABŞ bundan sonra da İranın nüvə probleminin həllinə danışıqlar yolu ilə nail olmağa çalışacaq”-deyə, Con Kerri dinləmələr zamanı bildirib. O, deyib ki, Barak Obama dəfələrlə İranın nüvə probleminin diplomatik yolla həllini vurğulayıb: “Mən də diplomatik səyləri dəstəkləyəcəyəm. ABŞ İranın nüvə silahı əldə etməsinə qarşıdır. Problemin həlli üçün danışıqlar yolunu seçməyimiz bu mövqeyimizdən imtina etməyimiz demək deyil»
Mütəxəssislər onun Rusiyayöynlü siyasilərdən olmadığını da vurğulayırlar.