ABŞ Suriyadakı vətəndaş müharibəsi və qaçqın problemi kimi mühüm məsələlərin həlli üçün Ankara ilə işləməyə hazırdır.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibi Con Kerri 29 Oktyabr - Türkiyə Cümhuriyyətinin elanı Günü münasibəti ilə Türkiyə xalqına ünvanladığı təbrikdə bildirib.
Dövlət katibinin sözlərinə görə, Türkiyədə bir müddət əvvəl törədilən terror aktlarının fonunda bu səylər xüsusi aktuallığa malikdirlər: “ABŞ ədalət, təhlükəsizlik və sabitlik naminə Türkiyə və digər tərəfdaş ölkələrlə bu problemləri həll etməyə hazırdır”.