İnligərənin baş naziri Devid Kemeron «Birləşmiş Avropa Dövlətləri» adlı bir qurum istəmədiyini söyləyib.
Lent.az-ın «Habertürk»-ə istinadən məlumatına görə, İsveçrənin Davos şəhərində keçirilən toplantıdakı çıxışında deyib ki, bir qurum içinə toplanmaq məcburiyyətinin «böyük xəta olacaq».
O, əlavə edib ki, İngiltərə mərkəzi siyasi birliyə çəkəcək istənilən quruluşa qarşıdır.
D.Kemeron ötən gün partiyasının 2015-ci ildə keçirilək seçkiləri qazanacaqları halda krallığın Avropa Birliyinə üzvlükdə qalması məsələsini referenduma çıxaracaqlarını bildirmişdi.