Baradey müvəqqəti hökumətə başçılıqdan imtina edib - YENİLƏNİB
05 iyul 2013 00:07 (UTC +04:00)

Baradey müvəqqəti hökumətə başçılıqdan imtina edib - YENİLƏNİB

Misirdə keçid hökumətə başçılıq məsələsi ilə bağlı məsləhətləşmələr davam etməkdədir. Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, «əl-Əhram» saytı bildirib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin keçmiş baş direktoru Məhəmməd əl-Baradey müvəqqəti hökumətə başçılıqdan imtina edib.

 

Mənbənin məlumatına əsasən, danışıqlar hazırda Londonda yaşayan, Mərkəzi Bankın keçmiş rəhbəri Faruq əl-Okda ilə aparılır.

 

***

22.27

 

Misirin «Təmərrud» hərəkatı baş nazir vəzifəsinə Atom Enerjisi ı üzrə Beynəlxalq Agentliyin (AEBA) keçmiş rəhbəri Məhəmməd əl-Baradeyin namizədliyini irəli sürüb.

 

Lent.az-ın «Röyter»ə istinadən məlumatına görə, iyulun 4-də Misirdə keçid hökumətinin elan olunacağı gözlənilir.

 

Xatırladaq ki, 71 yaşlı siyasətçi liberal yönlü «əd-Düstur» Partiyasının başçısı və «Milli Qurtuluş Cəbhəsi» müxalifət blokunun təmsilçisidir.

Hərbi dairlər də onun bir sayı namizəd olduğunu bildiriblər.

 

Başqa namizədlər arasında Hüsünü Mübarək devrildikdən sonra keçid hökumətə başçılıq etmiş, keçmiş baş nazir Kamal əl-Qanzurri və Mərkəzi Bankın keçmiş rəhbəri Faruq əl-Okdın da adı hallanır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 715
avatar

Oxşar yazılar