Kataloniyada referendumun yekun nəticəsi açıqlandı
07 oktyabr 2017 05:52 (UTC +04:00)

Kataloniyada referendumun yekun nəticəsi açıqlandı

Kataloniya hökuməti müstəqillik referendumunun yekun nəticələrini açıqlayıb. APA TV-nin məlumatına görə, Kataloniyanın İspaniyadan ayrılmasının lehinə referendumda iştirak edənlərin 90,18 faizi səs verib. 7,83 faiz seçici buna qarşı çıxıb. Məlumata görə, səsvermədə 2,3 milyon nəfər iştirak edib. Bu, qeydə alınmış seçicilərin 43 faizi deməkdir.

 

Kataloniyada müstəqillik referendumu oktyabrın 1-də keçirilib. İspaniya kralı VI Felipe region hökumətini qanunsuzluqda ittiham edib. Referendum günü Kataloniyada baş vermiş toqquşmalarda 893 nəfər xəsarət alıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 242
avatar

Oxşar yazılar