Kataloniya parlamentinin müstəqillik qətnaməsi
24 yanvar 2013 21:11 (UTC +04:00)

Kataloniya parlamentinin müstəqillik qətnaməsi

Kataloniya parlamenti suverenlik haqqında qətnamə qəbul edib.

Lent.az-ın «EuroNews»-a istinadən məlumatına görə, bu qərar İspaniya əyalətinin müstəqillik yolunda ilk addım da sayılır. Qərara əsasən, əyalət əhalisi Kataloniyanın statusunu hüquq baxımdan müəyyən etmək haqqı əldə edib. Qətnamənin leyihinə  əyalət parlamentinin 135 üzvündən 85–i səs verib.

 

Kataloniyanın prezidenti Artur Mas səs verməyədək çıxışında qərarın istisnasız önəmindən danışıb.

 

Bununla belə sağ mərkəzçi Xalq Partiyası Barselonanın Madriddən ayırılmasına qarşı çıxış edir. Suverenlik haqqında qətnamə  simvolik mahiyyət daşısa da Masın hökumətinin yerli kataloniyalılar tərəfində dəstəkləndiyi də hiss edilməkdədir.

 

Mənbənin məlumatına görə, bu qərar 2014-cü ildə öz müqəddəratını təyini ilə bağlı  Kataloniyada keçiriləcək referenduma təsir göstərə bilər. Qətnamədə referendumun keçiriləcəyidəqiq tarix göstərilməyib. Bundan başqa səsvermənin qanuni yolu da izah edilməyib. Sənəddə yalnız bildirilib: «Bütün mövcud  qanunlardan istifadə olunacaq. Prosesi legitimləşdirmək üçün İspaniya dövləti, Avropa institutları və beynəlxalq ictimaiyyətlə dialoq yolu axtarılacaq».

 

Onu da qeyd edək ki, ötən ilin sentyabrında iki milyona yaxın kataloniyalı  əyalətin müstəqilliyi tələb ilə yürüş keçirmişdi.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 726
avatar

Oxşar yazılar