Kamboca müxalifət yeni seçkilər tələb edir
30 dekabr 2013 02:53 (UTC +04:00)

Kamboca müxalifət yeni seçkilər tələb edir

Müxalifətin on minlərlə tərəfdarı Kambocanın paytaxtı Pnompenin küçələrinə çıxaraq, baş nazir Xun Senin istefasını və yeni seçkilərin keçirilməsini tələb edib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, etiraz aksiyası iştirakçılarına aylıq maaşlarının azlığı ilə bağlı tətil edən toxuculuq fabrikinin işçiləri də qoşulub.

 

Aksiya iştirakçıları qarşısında çıxış edən müxalifət lideri Sem Reynsi bildirib ki, Xun Sen 30 ildir ölkənin idarə edir: «Dəyişiklik tələb edən xalqın iradəsinə qarşı o, çıxa bilməz».

 

Müxalifət 2013-cü ilin iyulunda keçirilən parlament seçkilərinin nəticələrinə yenidən baxılmasını istəyir. Həmin seçkidə hakim Kamboca Xalq Partiyası qalib sayılmışdı.

 

Müxalifət səsverməni saxtalaşdırıldığını bildirir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 526
avatar

Oxşar yazılar