Məşhur “Kalaşnikov” avtomatının yaradıcısı Mixail Kalaşnikov dünən təcili Udmutriya Respublika Kardtoloji Klinik Dispanserində yerləşdirilib.
Lent.az-ın “lifenews.ru” saytına istinadən verdiyi məlumata görə, Mixail Kalaşnikov dekabrın 20-də öncədən planlaşdırılmış müayinə üçün xəstəxanaya gəlib.
Ancaq Mixail Kalaşnikov müayinə zamanı özünü pis hiss edib və həkimlər riskə yol verməyərək təcili onu reanimasiya şöbəsinə yerləşdiriblər. Hazırda həkimlər 93 yaşlı Mixail Kalaşnikovun həyatını xilas etməyə çalışırlar.
Qeyd edək ki, “Kalaşnikov” avtomatının yaradıcısı olan general-leytenant Mixail Kalaşnikov texniki elmlər doktorudur, Rusiya Federasiyasının Qəhrəmanı, iki dəfə Sosialist Əməyi Qəhrəmanı, Lenin və Stalin mükafatlarına layiq görülüb, Rusiya Yazıçılar İttifaqının üzvüdür.