Kaladze Saakaşvilini “xalq düşməni” adlandırıb
08 yanvar 2013 20:10 (UTC +04:00)

Kaladze Saakaşvilini “xalq düşməni” adlandırıb

Gürcüstanın enerji və təbii ehtiyatlar naziri Kaxa Kaladze prezident Mixail Saakaşvilinin ünvanına sərt ifadələr işlədib. APA-nın “Qruziya Online” xəbər portalına istinadən verdiyi məlumata görə, K. Kaladze bildirib ki, Mixail Saakaşvili Gürcüstanın düşmənidir, çünki verdiyi açıqlamalarla ölkəyə yeni investisiyaların yatırılmasına əngəl törədir.

 

Nazir prezidentin “Xobi 1” və “Xobi 2” hidroelektrik stansiyalarının tikintisinin dayandırıldığına dair açıqlamasını təkzib edib və bunu yalan adlandırıb. O, müqaviləyə əsasən stansiyaların tikintisinin 2013-cü ildə başlayacağını və 2017-ci ildə başa çatacağın söyləyib: “Mixail Saakaşvili son 9 ildir məşğul olduğu demaqogiyanı davam etdirir. Onun son bəyanatları göstərir ki, bu adam ölkəmizin düşmənidir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 974
avatar

Oxşar yazılar