Kadırov 104 yaşlı Mədinə Əliyevaya ev bağışladı
16 yanvar 2018 01:15 (UTC +04:00)

Kadırov 104 yaşlı Mədinə Əliyevaya ev bağışladı

Bundan sonra atasız-anasız böyümüş Hacımuratov bacı-qardaşları – 22 yaşlı İslam, 18 yaşlı Həvva və 16 yaşlı İman 104 yaşlı kimsəsiz Mədinə Əliyeva ilə bir evdə yaşayacaq və ona həyan olacaqlar.

 

Lent.az-ın  “virtualaz.org”-a istinadən xəbərinə görə, bu gün respublikanın parlament sədri Məhəmməd Daudov və Çeçenistan müftisi Salah Mejiyev evin açarlarını yeni sahiblərinə təqdim ediblər.

 

Məlumata görə, Mədinə Əliyeva İordaniyada doğulub və yaşayıb. Ahıl yaşında vətəni Çeçenistana qayıtmaq fikrinə düşüb, lakin yolda qarət olunub.

 

Xatırladaq ki, Mədinə Əliyeva 2017-ci il dekabrın 23-də Goranboy rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində küçədə köməksiz vəziyyətdə tapılıb. O, bu il yanvarın 11-də Bakını tərk edərək, Ramzan Kadırovun təşəbbüsü ilə Çeçenistana yollanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 283
avatar

Oxşar yazılar