[b]Kabildə terrorçu-kamikadze özünü partlatdı[/b] - <span style="color:red;"><b>20 ölü</b>  - <span style="color:red;">YENİLƏNİB
24 iyul 2017 08:03 (UTC +04:00)

[b]Kabildə terrorçu-kamikadze özünü partlatdı[/b] - 20 ölü - YENİLƏNİB

0

Əfqanıstanın paytaxtı Kabildə törədilən partlayış nəticəsində ölənlərin sayı 20-yə çatıb.

 

APA-nın xəbərinə görə, bu barədə “Tolo News” telekanalı məlumat verib.

 

Terrorçu-kamikadze minalanmış avtomobili partladıb. Hadisə ölkənin tanınmış siyasətçilərindən biri, Əfqanıstan icra rəisinin ikinci müavini Məhəmməd Möhaqiqin evi yaxınlığında törədilib.

 

***

 

 

Əfqanıstanın paytaxtı Kabildə terrorçu-kamikadze özünü  partladıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, partlayış Əfqanıstan icra rəisinin ikinci müavini Məhəmməd Möhaqiqin evi yaxınlığında törədilib.

 

Hadisə nəticəsində azı 2 nəfər ölüb, 6 nəfər yaralanıb. Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

 

Qeyd edək ki, hazırda Əfqanıstanda baş nazir postu mövcud deyil. 2014-cü il prezident seçkilərindən sonra Milli Birlik Hökuməti təşkil edilib. Məhəmməd Əşrəf Qani ölkə prezidenti, Abdulla Abdulla isə icra rəisi vəzifəsini tutub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 325

Oxşar yazılar