İvanişvili İrəvanda Qarabağdan danışdı
17 yanvar 2013 15:36 (UTC +04:00)

İvanişvili İrəvanda Qarabağdan danışdı

“Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi həqiqətən çox ağırdır, belə görünür ki, yaxın gələcəkdə münaqişənin həlli çox mürəkkəb olacaq”.

 

Lent.az-ın tert.am saytına istinadən verdiyi məlumata görə, bunu Ermənistanda rəsmi səfərdə olan Gürcüstanın baş naziri Bidzina İvanişvili İrəvanda keçirdiyi mətbuat konfransında söyləyib.

 

Bidzina İvanişvili deyib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini arzulayır və tərəfləri buna çağırır: “Mən istəyirəm ki, Ermənistan və Gürcüstan bu münaqişənin həli üçün bütün imkanlarını ortaya qoysun”.

Ermənistanın baş naziri Tiqran Sərkisyan da həmkarına Dağlıq Qarabağ münaqişəsi ilə ətraflı məşğul olduğu üçün təşəkkür edib. Bidzina İvanişvili Gürcüstanın xarici işlər naziri Maya Pancikidzenin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olması ilə bağlı bəyanatına isə münasibət bildirməkdən yayınıb, ötən iki gün ərzində bu barədə bir neçə dəfə buna münasibət bildirdiyini qeyd edib. Tiqran Sərkisyan isə Gürcüstan xarici işlər nazirliyinin bəyanatının təhrif olunduğunu iddia edib. Bidzina İvanişvili isə erməni həmkarının sözlərindən sonra susmağa üstünlük verib.

 

Qeyd edək ki, Bidzina İvanişvilinin Ermənistan prezidenti Serj Sərkisyan, bütün ermənilərin katolikosu II Armyan Qaregin, xarici işlər, energetika və təbii resurslar, iqtisadiyyat nazirləri ilə görüşəcək. Bidzina İvanişvili qondarma “erməni soyqırımı” abidəsini də ziyarət edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1308
avatar

Oxşar yazılar