<b>İtaliyada zəlzələ zamanı xəsarət alanların sayı artır</b> - <span style="color:red;">YENİLƏNİB
27 oktyabr 2016 02:44 (UTC +04:00)

İtaliyada zəlzələ zamanı xəsarət alanların sayı artır - YENİLƏNİB

İtaliyada zəlzələ nəticəsində xəsarət alanların sayı 10 nəfərə  çatıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Fabriano şəhərində 8 nəfər mənzillərdə divarların çökməsi səbəbindən müxtəlif dərəcəli xəsarətlər alıb. Onların həyatlarına təhlükə olmadığı bildirilir.

 

Bundan əvvəl Visso şəhərində iki nəfərin xəsarət aldığı bildirilirdi.

 

Qeyd edək ki, oktyabrın 26-da, axşam saatlarında İtaliyanın mərkəzi bölgəsində əvvəl 5,6, sonra isə 6,2 bal gücündə zəlzələ baş verib. 

***

 

İtaliyada baş verən zəlzələ nəticəsində 2 nəfər xəsarət alıb.

 

APA-nın “Corriere della Sera” qəzetinə istinadən verdiyi xəbərə görə, xəsarət alanlar ölkənin mərkəzi bölgəsində yerləşən Visso şəhər sakinləridir.

 

Bildirilir ki, yeraltı təkanlar İtaliyanın bir sıra şəhərlərində dağıntılara səbəb olub.

 

Məlumata görə, təşviş içində evlərini tərk edən əhali küçələrə çıxıb.

 

Qeyd edək ki, oktyabrın 26-da, axşam saatlarında İtaliyanın mərkəzi bölgəsində əvvəl 5,6, sonra isə 6,2 bal gücündə zəlzələ baş verib. Zəlzələ Roma,  Florensiya, Peruca, Akvila və bir sıra digər şəhərlərdə hiss olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 254
avatar

Oxşar yazılar