Liviyanın Benqazi şəhərindəki İtaliya konsulunun zirehli avtomobilinə basqın nəticəsində zərərçəkən olmayıb.
Lent.az-ın məlumatına əsasən, İtaliyanın xarici işlər naziri deyib ki, avtomobilin yanından tən naməlum şəxslər ona atəş açıblar. Konsul Quido de Sanktisə xəsarət almayıb.
Nazir baş vermiş olayın xarakterinin araşdırılmasının vacibliyini vurğulayıb.
Xatırladaq ki, ötən il sentyabrın 11-də ABŞ-ın Benqazidəki konsulluğuna basqın nəticəsində səfir Kristofer Stivens və daha üç rəsmi şəxs həlak olmuşdu.