İstanbuldakı terrorçu bu ölkədən gəlibmiş
15 dekabr 2016 00:19 (UTC +04:00)

İstanbuldakı terrorçu bu ölkədən gəlibmiş

0

Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda “Beşiktaş” stadionunun qarşısında törədilmiş partlayışdakı canlı bomba ilə bağlı yeni məlumat əldə etdiklərini bildirib.

 

“Qafqazinfo” “Hurriyet”ə istinadən xəbər verir ki, XİN rəhbəri canlı bombanın Suriyadan gəldiyini söyləyib.

 

“Bu barədə ABŞ dövlət katibi Con Kerriyə də məlumat vermişəm”, - deyə M. Çavuşoğlu vurğulayıb.

 

Qeyd edək ki, dekabrın 10-da “Beşiktaş” stadionunun qarşısında törədilmiş terror aktlarının nəticəsində 44 nəfər şəhid olub, 155 nəfər yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 585

Oxşar yazılar