İki gün əvvəl İstanbulda baş verən terror aktında ölənlərin sayı 44-ə çatıb.
Lent.az-ın məlumatına görə, bu barədə Anadolu Agentliyi xəbər yayıb.
Səhiyyə naziri Rəcəb Akdağ jurnalistlərə açıqlamasında ölənlərdən 36-ın polis əməkdaşı, 8-in isə mülki vətəndaş olduğunu deyib.
Qeyd edək ki, terror aktı dekabrın 10-da İstanbuldakı “Vodafone Arena” stadionunun ətrafında baş verib.