İstanbulda partlayış baş verib.
APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, naməlum şəxslər şəhərdəki hərbi hissənin ərazisinə əldəqayırma bomba atıblar.
İnsident nəticəsində zərərçəkən olmasa da, hərbi hissənin binasına zərər dəyib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hazırda cinayətkarların tutulması istiqamətində geniş miqyaslı əməliyyat aparılır.